Serbiyanın Fransadan “Rafale” qırıcı təyyarələri alması ilə bağlı müqavilə imzalaması Belqrad və Moskva arasında münasibətlərə mənfi təsir göstərməyəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin bildirib.
Vulinin sözlərinə görə, Rusiya rəhbərliyinin sövdələşməyə reaksiyası onların Balkan ölkəsinə hörmətlə yanaşdığını təsdiqləyir.
“Rafale” təyyarələrinin alınması hərbi və praktiki səbəblərə görə həyata keçirilib və Serbiya Respublikası ilə Rusiya Federasiyası arasındakı münasibətlərə heç bir şəkildə mənfi təsir göstərməyəcək. Serbiya hərbi neytral ölkə olaraq qalır”, - Vulin deyib.
Bizim Telegram kanalımıza abunə olun