ABŞ-ın keçmiş prezidenti və bu posta namizəd Donald Tramp bildirib ki, qarşıdan gələn seçkilərdə qalib gəlsə, ABŞ-ın xaricdəki bütün müharibələrini dayandıracaq.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, o, həmçinin korrupsiyaya qarşı mübarizə və söz azadlığının təmin edilməsi istiqamətində səylərin birləşdiriləcəyini bildirib.
Tramp Pensilvaniyada keçirilən mitinqdə deyib: “Biz birlikdə sərhədlərimizi qorumaq və xaricdəki sonsuz müharibələrə son qoymaq üçün mübarizə aparırıq”.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.