IMG-LOGO

Bakıda yolu keçən gənci avtomobil vurub

29.08.2024 04:24 38 baxış
IMG

Bakının Sabunçu rayonunda 26 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

“Report” xəbər verir ki, 1998-ci il təvəllüdlü Mahmudov Nurlan Kazım oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti