IMG-LOGO

Azərrbaycan I yarımildə dövlət istiqrazları üzrə ödənişlərinin məbləğini açıqlayıb

22.08.2024 20:16 36 baxış
IMG

Bu ilin I yarısında Azərbaycanın daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 825,5 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

"Bununla yanaşı, hesabat dövründə investorlara 170,1 milyon manat məbləğində faiz və diskont ödənişləri həyata keçirilib", - deyə məlumatda qeyd olunub.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti