Bu gün Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu işə başlayıb.
“Report” xəbər verir ki, tədbirin açılışında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov çıxış ediblər.
İki gün davam edəcək forumda Azərbaycanı 67 şirkət və 10-a yaxın dövlət təşkilatı təmsil edir.
Forum çərçivəsində “Made in Azerbaijan” sərgisi də təşkil olunacaq.
Bizim Telegram kanalımıza abunə olun