IMG-LOGO

Bakının Xətai rayonunda bəzi yaşayış və qeyri-yaşayış sahələri söküləcək

20.08.2024 14:05 39 baxış
IMG

Bakının Xətai rayonunun Babək prospekti, eləcə də Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi nəzərdə tutulur.

"Report" bu barədə Xətai Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Söküntü işləri üçün 1,7 milyon manatdan çox vəsait xərclənəcəyi gözlənilir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti