IMG-LOGO

"Real" 36 il sonra rekordunu yenilədi

20.08.2024 09:35 102 baxış
IMG

"Real Madrid" La Liqanın 1-ci turunda səfərdə "Malyorka" ilə heç-heçə edib (1:1).

Lent.az xarici KİV-ə istinadla bildirir ki, beləliklə, madridlilər La Liqada ardıcıl 33 oyundur (24 qələbə və 9 heç-heçə) məğlub olmayıb. Klub İspaniya çempionatı tarixində ən uzun məğlubiyyətsizlik seriyasını davam etdirib. Əvvəlki məğlubiyyətsizlik 1988-ci ilin mayından 1989-cu ilin aprelinə qədər 30 oyun (21 qələbə və 9 heç-heçə) davam edib.

"Real Madrid" növbəti oyununu avqustun 25-də "Valyadolid"ə qarşı keçirəcək.

Xəbər lenti