IMG-LOGO

Sarkisyanın qardaşının mülkləri ƏLİNDƏN ALINIR

20.08.2024 05:51 40 baxış
IMG

Ermənistan prokurorluğu eks-prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyandan 14 daşınmaz əmlakın və 3,5 milyard dramın (9 milyon dollar) müsadirə edilməsini tələb edir.

Lent.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai Televiziyası məlumat yayıb.

Pprokurorluq sarkisyanın əlindən 3 mərtəbəli malikanəsini, Tumanyan və İrəvanın mərkəzində daha 3 evin müsadirə etmək istəyir. Hüquq-mühafizə orqanları Sarkisyan və onun ailə üzvlərinin Kotayk rayonunda daha 10 daşınmaz əmlakını əlindən almaq niyyətindədir.

Qurum dövlətin xeyrinə 4 nəqliyyat vasitəsini və 3 şirkətin əmlakını müsadirə etmək istəyir. Sözügedən əmlakın hamısına həbs qoyulub.

Prokurorluq Sarkisyanın 1995-ci ildən əldə etdiyi əmlaka baxış keçirib.

Bundan əvvəl Aleksandr Sarkisyan və onun ailə üzvləri qanunsuz əmlakın müsadirəsi ilə bağlı iş çərçivəsində prokurorluğa dəvət ediliblər. Lakin vəkillərinin sözlərinə görə, onlar xaricdədirlər və qayıdandan sonra materiallarla tanış olacaqlar.

2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Aleksandr Sarkisyan və onun oğulları Hayk və Narek təhlükəsizlik qüvvələrinin diqqəti çəkiblər. 2021-ci ilin iyununda paytaxt məhkəməsi Narek Sarkisyanı qanunsuz silah saxlamaqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində və adam oğurluğunu təşkil etməkdə təqsirli bilib. O, 5 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Narek Sarkisyan bir müddət xaricdə gizlənib, lakin 2018-ci ilin dekabrında Praqada Franklin Qonzales adına pasportla saxlanılıb və bir ildən sonra Ermənistana ekstradisiya edilib.

Onun kiçik qardaşı Ayk 2007-ci ildə adam öldürməyə cəhddə və qanunsuz silah-sursat saxlamaqda ittiham olunub. Lakin sonradan maddənin təsnifatı dəyişdirilib, iddianın müddəti bitdiyi üçün cinayət işinə xitam verilib.

Xəbər lenti