Meksikada Qadınlarla İş üzrə Nazirlik yaradılacaq, yeni qurum Qadın işləri üzrə Milli İnstitutun bazasında təsis ediləcək.
“Report” xəbər verir ki, bu barədə Meksikanın yeni seçilmiş Prezidenti Klaudiya Şeynbaum mətbuat konfransında bildirib.
“Fikirləri dərindən təhlil etdikdən sonra Qadın İşləri İnstitutundan Nazirlik yaratmaq qərarına gəldim. Qadın İşləri üzrə Nazirliyin rəhbəri Sitlali Hernandez Mora olacaq", - Şeynbaum yaradılan idarənin rəhbərini təqdim edib.
Sitlali Hernandez hazırda hakim Milli Dirçəliş Hərəkatının ("Morena") baş katibi, həmçinin Mexiko şəhərindən senatordur. O, bundan əlavə, dünyanın hər yerindən qadınları, fəalları və solçu siyasətçiləri bir araya gətirən beynəlxalq feminist təşkilatı “Internacional feminista”nı yaratması ilə məşhurdur.
Nazirlik oktyabrın 1-də, Klaudia Şeynbaum dövlət başçısı vəzifəsinin icrasına başladıqdan sonra fəaliyyət göstərəcək. O, bu vəzifədə ölkə tarixində ilk qadın Prezident olacaq.
Bizim WhatsApp kanalımıza abunə olun