IMG-LOGO

Husilər Ali Komssarlığın Yəməndəki ofisini BMT-yə qaytarıblar

20.08.2024 01:06 43 baxış
IMG

Üsyançı “Ansar Allah” hərəkatının husiləri BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Sənadakı ofisini təşkilata qaytarıblar.

"Report"un məlumatına görə, bu barədə beynəlxalq təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

"Ofis bu gün (dünən-red) Yəməndəki koordinatorumuz Julyen Harneysə qaytarıldı. Julyenin sözlərinə görə, ofis toxunulmaz olaraq qalır və inventarlaşdırılır", - o deyib.

Baş katibin nümayəndəsi əlavə edib ki, BMT bu addımdan ruhlanır, lakin eyni zamanda beynəlxalq təşkilat husiləri Yəməndə saxlanılan əməkdaşlarını azad etməyə çağırmağa davam edir.

Ötən həftə dünya qurumunun insan haqları üzrə ali komissarı Volker Türk bildirib ki, husilər avqustun 3-də komissarlığın Sənadakı ofisini zəbt ediblər və oradakı bütün mülkləri zorla müsadirə ediblər.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti