Almaniyada yaşayan minlərlə əfqan qaçqın vətənlərinə turist kimi səfər edirlər.
"Report" xəbər verir ki, bu barədə "Bild" RTL telekanalına istinadən məlumat yayıb.
Bildirilib ki, Berlindən sığınacaq istəyən minlərlə əfqan Almaniyada təşkil edilən turlar vasitəsilə Əfqanıstana səfər edir.
“Jurnalistlər Hamburqda Hindukuşa səyahətlər təşkil edən turizm agentliklərini aşkar ediblər, minlərlə əfqan sosial şəbəkələrdə oradan fotoşəkillər yerləşdirir”, - agentlik qeyd edib.
“Bild” izah edib ki, “qaçqınlar” Əfqanıstana Türkiyə və ya İran vasitəsilə ikiqat viza ilə səfər edirlər və öz ölkələrində onların pasportlarına möhür vurulmadığından Almaniya hökuməti bundan xəbər tutmur.
Hazırda Almaniyada 400 minə yaxın Əfqanıstan vətəndaşı yaşayır.
Bizim WhatsApp kanalımıza abunə olun