ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfərə yola düşüb.
Lent.az-ın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, bu, 2023-cü il oktyabrın 7-də Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra Antoni Blinkenin İsrailə doqquzuncu səfəridir.
Antoni Blinkenin avqustun 19-da İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşü nəzərdə tutulub.