IMG-LOGO

İranyönlü qruplaşmalar Hayfa ətrafındakı infrastruktura hücum edə bilər

15 Aug 2024 03:47 205 baxış
IMG

İran və ya iranpərəst qruplaşmalar Hayfa yaxınlığında yerləşən infrastruktura hücum edə bilər.

Lent.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Agentliyin mənbələri qeyd edir ki, hücum HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə cavab vermək istəyi ilə bağlıdır.

Agentlik yazır ki, xüsusilə İsrailin Hayfa şəhəri ətrafındakı infrastruktura hücum mülki əhali arasında itkilərə səbəb olmayacaq.

Xəbər lenti