Yeni Zelandiyada yardım dərnəyinin payladığı konfetlər yüksək dozalı psixotrop maddə olduğu üzə çıxıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, “Aukland City Mission” adlı yardım dərnəyi küçədə qalanlara payladığı konfetlərin narkotik olduğunu etiraf edib. Belə ki, konfetləri yeyənlər onu tüpürüb və dadının iyrənc olduğunu deyiblər. Dərnək açıqlamasında konfetlərin naməlum şəxs tərəfindən hədiyyə olunduğunu bildirib.
Məlum olub ki, həmin maddə yüksək dozalı metamfetamin olub. Dozanın norma həddən 300 dəfə artıq olduğu bildirilir. Həmin dozanın isə ölümcül olması qeyd olunub. Başqa məlumata əsasən, 1 konfetə qiyməti təxminən 600 dollar olub.
Məlumata görə, konfetləri yeyənlərdən 3 nəfər xəstəxanaya yerləşdirilib. Ancaq onlar ilk yardımdan sonra evə buraxılıb.
Hazırda araşdırma aparılır. Konfet dənələrinin 600 dollar dəyərində olması bunun qəsdən törədilməsi ehtimalı yaradıb.