IMG-LOGO

İki ay əvvəl Kürdə batan 2 nəfərdən birinin meyiti tapıldı

14 Aug 2024 15:41 228 baxış
IMG

İki ay əvvəl Kür çayında batan iki nəfərdən birinin meyiti tapılıb.

Lent.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, iyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mənbə: lent.az

Xəbər lenti