IMG-LOGO

Sabah Azərbaycanın 5 yaşayış məntəqəsində qaz kəsiləcək

13 Aug 2024 19:32 279 baxış
IMG

Sabah Astara rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.

Lent.az-ın məlumatına görə, rayon ərazisində 2024-2025-ci illərin Payız-qış tədbirlər planına əsasən Maşxan kəndində orta təzyiqli qaz xəttinin üzərində diametri 150 mm-lik yeni siyirtmənin quraşdırılması ilə əlaqədar, “Ərcivan” qaz paylayıcı stansiyadan qidalanan Kijəbə qəsəbəsi, Tüləgivan, Ojəkəran, Deqədi və Səlivə kəndləri olmaqla ümumilikdə 1 900 abonentin qaz təchizatının sabah saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Mənbə: lent.az

Xəbər lenti