IMG-LOGO

Azərbaycanda qadın həbsdəki ərinə görün nə gətirdi? - FOTO

14 Dec 2023 12:13 97 baxış
IMG

3 saylı istintaq təcridxanasına mobil telefon aparatının keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən xəbərə görə, həbs edilmiş Elşad Allahverdi oğlu Zəkiyevlə görüşə gəlmiş həyat yoldaşı Səidə Əlikram qızı Zəkiyevanın əşyalarına və üzərinə baxış keçirilib. Bu zaman corabının içində gizlətdiyi və daxilində 2 ədəd danışıq kartı olan “Redmi” markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti