İtaliyanın xarici işlər naziri Antonio Tayani iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb və Hörmüz boğazı ətrafında fikir mübadiləsi aparıb.
"Report" ISNA-ya istinadən xəbər verir ki, bu telefon danışığında Hörmüz boğazında gediş-gəliş marşrutunun müəyyənləşdirilməsi üçün İran və Oman arasında aparılan məsləhətləşmələr müzakirə edilib.
Əraqçi italiyalı həmkarını Hörmüz boğazına nəzarət barədə məlumatlandırıb.
Söhbət zamanı Livandakı vəziyyət də müzakirə edilib.
Mənbə: report.az