IMG-LOGO

Canlı yayımda əxlaqsız hərəkətlər edən fenomenlər saxlanıldı

14 Dec 2023 12:56 180 baxış
IMG

Türkiyədə 6 sosial media fenomeni saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, əməliyyatlar İstanbul şəhərində baş tutub. “TikTok” və X sosial şəbəkəsində canlı yayımlarda əxlaqsız hərəkətlər edən, pornoqrafik videolar paylaşan 6 sosial media fenomeni müəyyən edilib. Keçirilən əməliyyatlar zamanı 5-i kişi 6 nəfər saxlanılıb. Onların arasında böyük izləyici kütləsi olan Yağmur Şimşekin də olduğu bildirilir.

Saxlanılan 6 nəfərdən 4-ü ifadələri alınandan sonra məhkəməyə göndərilib. Yağmur Şimşek və daha 3 nəfər şərti qaydada sərbəst buraxılıb.

Mənbə: lent.az

Xəbər lenti