IMG-LOGO

Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Azərbaycan yığması vətənə döndü - FOTOLENT

13.08.2024 05:35 100 baxış
IMG

Paris XXXIII Yay Olimpiya Oyunlarında uğurla çıxış edən Azərbaycan yığması vətənə dönüb.

lent.az-ın məlumatına görə, nümayəndə heyətimizi gətirən təyyarə gecə saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Hava limanında idmançıları media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşüb.

Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar.

Taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Xəbər lenti