IMG-LOGO

Eda Ece ondan iyrənib, həftələrlə qusub - Maraqlı etiraf

12 Aug 2024 13:35 257 baxış
IMG

 “Yasak elma” serialının ulduzu, aktrisa Eda Ece özü haqqında maraqlı açıqlama verib.

 Lent.az-ın xəbərinə görə, aktrisa sosial şəbəkə hesabında pinti adamların evində əsla yemək yemədiyini bildirib.

 “Evlərinə gedərəm. Natəmizlik görəndə dərhal ayağa qalxıram. Bir fincan su belə içmirəm. Bir bəhanə ilə ev yiyəsini də özümlə bayıra çıxarıb, kafeyə, restorana dəvət edirəm. Bir dəfə pinti bir  tanışımın evində yemək yedim, həftələrlə qusdum, öyüdüm, dərim səpişdi”,- deyə o qeyd edib.

 Aktrisa bildirib ki. evində it-pişik bəsləsə də, əsla evinin pis qoxmasına icazə vermir, heyvanlarının təmizliyinə ciddi nəzarət edir.  

Mənbə: lent.az

Xəbər lenti