IMG-LOGO

Tarixin ən isti ayı Yer kürəsinin harasında QEYDƏ ALINDI?

12.08.2024 11:25 83 baxış
IMG

Dünyanın ən isti yeri olan "Ölüm Vadisi Milli Parkı" tarixdə ən isti ayını qeyd edib. İyul ayında Ölüm Vadisində orta sutkalıq temperatur heç vaxt 42,5°C-dən aşağı düşməyib, 2018-ci ildə müəyyən edilmiş 42,3°C-lik rekordu üstələyib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, iyul ayında gündüz temperaturu orta hesabla 49,9 ° C, doqquz gün 51,7 ° C və ya daha yüksək, yalnız yeddi gün 48,8 ° C-dən aşağı idi.

Ən yüksək temperatur iyulun 7-də olub, o zaman "Furnace Creek" meteoroloji stansiyası 54°C-ni qeydə alıb. Burada hətta gecələr də istidən xilas olmaq mümkün deyil, çünki iyulda orta aşağı temperatur 35,1°C olub. 

Ölüm Vadisi Milli Parkının rəisi Mayk Reynolds qeyd edir:

"Biz indicə Yer kürəsinin ən isti yerində qeydə alınmış ən isti ayı yaşadıq! Qlobal temperaturun yüksəldiyini görməkdə davam etdiyimiz üçün bu kimi rekord aylar normaya çevrilə bilər. Park ziyarətçiləri əvvəlcədən planlaşdırmalı və yay aylarında həddindən artıq temperaturlara hazır olmalıdırlar.

Ölüm Vadisində yeni rekord səviyyələr haqqında məlumat digər temperatur rekordları ilə əlaqələndirilir. Belə ki, bu yaxınlarda məlum olub ki, iyulun 22-si Yer kürəsində indiyə qədər qeydə alınan ən isti gün olub, qlobal səth havasının temperaturu 17,15°C-ə çatıb".

Xəbər lenti