IMG-LOGO

Son 24 saatda Kursk vilayətini 8 mindən çox insan tərk edib

11.08.2024 17:27 81 baxış
IMG

Son 24 saat ərzində 8 mindən çox insan Kursk vilayətinin sərhəd rayonlarını tərk edib.

Lent.az xəbər verir ki, bu barədə bazar günü Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.

Məlumata görə, müvəqqəti yerləşdirmə mərkəzlərində 6 minə yaxın insan var. Onlarla Rusiya Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzinin və agentliyin regional şöbəsinin mütəxəssisləri işləyir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional əməliyyat qərargahındakı rəsmi nümayəndəsi Kurskda keçirilən brifinqdə qeyd edib ki, sərhəd sakinləri “müstəqil və mütəşəkkil kolonnalarda” oradan ayrılıblar. Onun sözlərinə görə, bölgəyə davamlı olaraq humanitar yardımlar daxil olur: Rusiya Fövqəladə Hallar Nazirliyinin növbəti kolonnaları dünən gecə gəlib: “Bu gün daha beş humanitar yardım karvanının gəlməsi planlaşdırılır ki, onlar çadırlar, yataq dəstləri, həmçinin müvəqqəti yerləşdirmə məntəqələri üçün lazım olan digər avadanlıqlardır”.

Xəbər lenti