IMG-LOGO

Avtomobil BETONA ÇIRPILDI: Ölən var

14 Dec 2023 09:20 87 baxış
IMG

Beyləqanda avtomobil qəzası baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Mil qəsəbəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Səbuhi Muxtarlı idarə etdiyi “VAZ 21051” markalı avtomobillə hərəkətd olarkən idarəetməni itirib.

Nəticədə maşın betona çırpılıb. Sürücü aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti