Elektrik avtomobillərinin akkumulyatorlarının xərcləri ilə bağlı araşdırmalar göstərir ki, akkumulyator istehsalının maya dəyəri 15 il ərzində 90 faiz ucuzlaşıb.
Lent.az xəbər verir ki, elektrikli avtomobillərin yüksəlişi hər zamankindən daha sürətli olsa da, son aylarda bazarda yavaşlama müşahidə olunur.
ABŞ Energetika Nazirliyi tərəfindən yaradılmış Nəqliyyat Texnologiyaları Ofisi (DOE) tərəfindən aparılan araşdırmaya görə, son 15 ildə elektrik avtomobil akkumulyatorlarının qiyməti 90 faiz azalıb.
Bu o deməkdir ki, elektrik avtomobilləri tezliklə daxili yanma mühərrikli avtomobillərdən daha ucuz ola bilər.
2008-ci ildə 1 kVt/saat batareyanın qiyməti təxminən 1415 dollar idi. Bu məbləğ indi 139 dollara düşüb.
Bu məlumatlara əsasən deyə bilərik ki, bir çox elektromobildə gördüyümüz 80 kWh tutumlu akkumulyatorun qiyməti 11 min 120 dollar civarındadır. 100 kVt/saat tutumlu akkumulyatorun qiyməti 13 min 900 dollardır.