IMG-LOGO

Zərdabda ağır qəza - 2 ölü, 6 yaralı

10.08.2024 00:24 101 baxış
IMG

Zərdab rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Zərdab rayonunun İşıqbağı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VGV U75 Plus" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 2 nəfərin öldüyü və 6 nəfərin isə xəsarət aldığı bildirilir.

Xəsarət alan şəxslər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Xəbər lenti