IMG-LOGO

Aqşin Bəbirov ailəsinə qovuşdu - VİDEO

14 Dec 2023 02:38 160 baxış
IMG

Erməni əsirliyindən xilas olunan Aqşin Bəbirov ailəsinə qovuşub.

Lent.az xəbər verir ki, onun ailəsinə qovuşması böyük sevinclə qarşılanıb.

Aqşin Bəbirovu qarşılamaq üçün yaxınları onun evinə axın ediblər.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Təhvilvermə prosesində hər hansı insident baş verməyib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

 

Mənbə: lent.az

Xəbər lenti