IMG-LOGO

Türkiyədə "Instagram" açılır? - Nazirdən açıqlama

09.08.2024 17:23 90 baxış
IMG

Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu ölkədə "Instagram" sosial şəbəkə platformasının açılıb-açılmayacağına dair suala cavab verib.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, "Şirkətin qaydaları varsa, ölkəmizin də həssaslıqları var. “Instagram”la razılıq əldə olunarsa açmaq istəyirik”, - deyə o bildirib.

"Instagram" platformasının bir həftə bağlanması səbəbindən artan reaksiyalara cavab olaraq nazir, “Bizim qanun və qaydalarımız var. Biz çox irəliləyişlər əldə etmişik. İndi kiçik şeylər qalıb. Əgər onlarla razılığa gəlsək, bu şəbəkəni açmaq istəyirik. Şirkətin qaydaları varsa, bizim ölkənin də həssaslıqları var. Razılıq olarsa, dərhal giriş açılacaq” deyib.

O, "Roblox” platforması ilə bağlı da fakir bildirib.

“60 milyona qədər sosial media istifadəçisindən danışırıq. Mənim də demək olar ki, hər platformada hesabım var. Qadağa və ya senzura zehniyyətində olmaqdan daha çox “necə inkişaf edə bilərik?” sualına cavab tapmağa çalışırıq. Biz bu yanaşmadayıq. Biz bunu nəzərdən qaçırmamalıyıq: bu sosial media platformaları bizim ölkə olaraq göstərdiyimiz demokratik yanaşmanı göstərmir”,- deyə o vurğulayıb.

Xəbər lenti