IMG-LOGO

Qadın bu vərdişini pozub lotereyadan pul uddu

09.08.2024 16:57 48 baxış
IMG

ABŞ-ın Merilend ştatının sakini qəfildən adi lotereya bileti almaq planını pozaraq 50 min dollar qazanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qadın uzun müddətdir lotereyalarda konkret sxem üzrə iştirak etdiyini bildirib. Belə ki, o, növbə ilə hər gün birindən bilet alacağı dörd mağaza seçib.

Qadın planlaşdırılmamış bir gün məcburiyyət qarşısında vərdişini dəyişib. O, mağazaya girib və bir neçə cızıq bilet alıb. “Mən getməyə hazırlaşırdım ki, çantamda iki dollar əskinası gördüm” deyə qadın bildirib. O, həmin pulları şanslı biletə xərcləyib.

“Həqiqətən də bu qərar iki saniyəlik oldu. Bu dəlilikdir”, - deyə şanslı qız təəssüratlarını bölüşüb. O, qazanacağı pulların bir hissəsini vergilərə, qalanını isə əyləncəyə xərcləyəcəyini bildirib.

Xəbər lenti