Uqandada insan yeyən timsah tutulub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, timsah bir neçə ildir Albert gölündə işləyən balıqçılara hücum edirmiş.
Məlumata görə, timsah 2023-cü ilin yanvarından 2024-cü ilin iyuluna qədər bir neçə dəfə insanlara hücum edib. Bir nəfər ölüb, dörd nəfər ağır yaralanıb.
45 yaşında olduğu təxmin edilən sürünənin uzunluğu 4,5 metr, çəkisi isə 500 kiloqramdır. Dövlətin aidiyyatı qurumu timsahın balıqçılara hücum etməsinin qarşısını almaq üçün onu daha da uzağa köçürməyi planlaşdırır.