IMG-LOGO

Azad olunan Aqşin Bəbirovun atası danışdı - VİDEO

13 Dec 2023 22:53 171 baxış
IMG

 

"Ailəlikcə sevinirik. Şükür ki, övladımız Azərbaycana təhvil verildi".

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında əsirlikdən azad edilən Aqşin Bəbirovun atası Qabil Bəbirov deyib.

O təəssüratlarını bizimlə bölüşüb:

"Prezidentimizə təşəkkürümüzü bildiririk. Balamızı düşmən əlində qoymayacağına güvənirdik. Sevincimizin həddi-hüdudu yoxdur. Oğlumun yolunu gözləyirəm ki, qarşılayım. Bütün dost-tanış bizə gəlib".

Mənbə: lent.az

Xəbər lenti