IMG-LOGO

Beyləqanda "Jiquli" divara çırpıldı, ölən var - FOTO

13.12.2023 20:34 104 baxış
IMG

Beyləqanda sürücünün ölümü ilə nəticələnən qəza baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb.

"VAZ 2107" markalı minik avtomobilinin sürücüsü, 1994-cü il təvəllüdlü Səbuhi Muxtarlı idarəetməni itirərək divara çırpılıb.

Müxtəlif dərəcəli xəsarət alan 29 yaşlı sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti