IMG-LOGO

Teslanı məhkəməyə verdilər - Qəza ölümlə nəticələndi

08.08.2024 03:52 56 baxış
IMG

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla, avtopilot sisteminə görə məhkəməyə verilib.

Lent.az xəbər verir ki, ABŞ-ın Yuta ştatında baş verən qəzada avtopilotla idarə olunan Model 3 34 yaşlı Landon Embri adlı motosikletçini vuraraq onun ölümünə səbəb olub.

Ölən motosikletçinin ailəsi şirkətin proqram təminatının qeyri-adekvat və qüsurlu olduğunu deyir. Motosiklet sürücüsünün ailəsi deyir ki, avtomobilin avtopilot sensorları motosikletin yaratdığı təhlükəni aşkar etməli idi. Alınan məlumata görə, qəza zamanı Model 3 120 km/saat sürətlə hərəkət edib.

Sürücülər qəzadan sonra Teslanın avtopilot proqramını günahlandırsalar da, İlon Maskın sözlərinə görə, qəzaların səbəbi sürücüdür.

Bundan əlavə, Tesla, avtopilot proqramının hələ gözlənildiyi kimi fəaliyyət göstərə bilmədiyi üçün avtomobil idarəsinin tamamilə avtopilota etibar edilməməsini tövsiyə edir.

Son aylarda ABŞ-ın hüquq mühafizə orqanları 2016-cı ildən bəri 10 nəfərin ölümünə səbəb olan 30 Tesla qəzası ilə bağlı araşdırmaya başlayıb.

Xəbər lenti