ABŞ-da oğru girdiyi evdə qeyd mətni buraxıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, naməlum şəxs bir neçə gecə ərzində Kaliforniyanın San Fernando şəhərində on mağaza və digər müəssisəni qarət edib.
Zərərçəkmişlərdən birinin dediyinə görə, oğru şüşəni və kassanı sındırıb, bütün əskinasları götürüb və qəpikləri yerə dağıdıb.
Müəssisələrin birində cinayətkar üzrxahlıq qeydi qoyub – “Bağışlayın! Narkotiklərə pul lazımdır, bir daha qayıtmayacağam”.