IMG-LOGO

Azərbaycanlı diplomat Brüsseldə qarət olundu

07.08.2024 12:49 49 baxış
IMG

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və həyat yoldaşı Belçikanın paytaxtı Brüsseldə silahlı hücuma məruz qalıb.

Lent.az Belçika mediasına istinadla xəbər verir ki, hadisə bazar ertəsi, günorta saatlarında Brüsseldəki Stephanie meydanının yaxınlığında baş verib.

Cütlük icarəyə götürdükləri skuteri sürərkən naməlum şəxslər tapançanın qundağı ilə onların başına vuraraq, dəyəri 90 min avro olan bir cüt "Rolex" saatı əllərindən alıblar.

C. Hüseynzadə və xanımı xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.

Xəbər lenti