IMG-LOGO

HƏMAS-ın başına 400 min dollar qoyulan yeni lideri kimdir? - Dosye

06.08.2024 23:49 71 baxış
IMG

HƏMAS təxminən bir həftə əvvəl İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülən İsmayıl Haniyənin yerinə Qəzza zolağındakı lideri olan Yəhya Sinvarı hərəkatın siyasi bürosunun rəhbəri vəzifəsinə seçdiyini açıqlayıb.

Lent.az  xəbər verir ki, hərəkatın məsələ ilə bağlı yaydığı qısa bəyanatda deyilir: “HƏMAS, şəhid lider İsmayıl Haniyədən sonra, komandir Yəhya Sinvarın hərəkatın siyasi bürosunun rəhbəri seçildiyini elan edir”.

Qeyd edək ki, Sinvar 1962-ci ildə anadan olub. İsrail onu bir neçə dəfə həbs edib və 2011-ci ildə Gilad Şalit müqaviləsi kimi tanınan məhbus mübadiləsi sövdələşməsinə görə müqavimət onu azad edənə qədər dörd ömürlük həbsə məhkum edib.

Daha sonra HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarında fəaliyyətinə qayıdıb və 2017 və 2021-ci illərdə yenidən Qəzza zolağında hərəkatın rəhbəri seçilib.

İsrail onu 2023-cü il oktyabrın 7-də insan tələfatı və hərbi itkilərlə müşayət olunan və hal-hazırda da davam edən müharibənin başlamasına səbəb olan “Əl-Əqsa Tufanı” əməliyyatının memarı hesab edir. O kəşfiyyat və təhlükəsizlik xidmətlərinin imicini dünya qarşısında sarsıdan sima kimi qəbul olunur və Qəzzaya qarşı aparılan hazırkı əməliyyatların \ əsas məqsədlərindən biridir.

“Times of Israel” qəzetinin Yaxın Şərq məsələləri üzrə analitiki Avi İsxarov Sinvarın seçilməsini şərh edərkən, “HƏMAS ona rəhbərlik etmək üçün ən təhlükəli şəxsi seçdi” deyib. 

Başına 400.000 dollar mükafat qoymasına baxmayaraq, İsrail hələ də onu tuta və ya öldürə bilməyib. Sinvarın liderlik tərzinin Haniyənin diplomatik yanaşmasından fərqli olaraq daha aqressiv və barışmaz olduğu heç kimə sirr deyil.

Xəbər lenti