HƏMAS terrorçuları qrupun siyasi bürosunun rəhbəri vəzifəsinə iki namizədi ciddi şəkildə nəzərdən keçirir.
Lent.az xarici mediaya istinadən məlumat verir ki, təhlilçilər HƏMAS terror qruplaşmasının növbəti liderinin İranla güclü əlaqələri olan namizəd olacağını irəli sürüblər, çünki Qəzza zolağında müharibədən sonra qruplaşmanın bərpası üçün Tehranın dəstəyi çox vacib olacaq. Keçən həftə Tehranda İsmayıl Haniyənin öldürülməsi kürsünü boş qoyub və onun varisinin seçilməsi hazırda Həmas üçün əsas məsələdir.
HƏMAS lideri postuna mümkün namizədlər arasında qruplaşmaya 2004-2017-ci illərdə rəhbərlik etmiş Xalid Meşal da nəzərdən keçirilir. Lakin onun şansları İran və onun müttəfiqləri, xüsusilə də Suriya prezidenti Bəşər Əsədlə keçmiş gərginliklər səbəbindən xeyli zəifləyib. “Ərəb baharı” zamanı təşkilat Dəməşqlə münasibətlərin pozulmasına səbəb olan Əsəd rejiminə qarşı çıxanda Meşal Həmas lideri idi.
Qruplaşma dağıdıcı döyüşlərdən sonar bəröa olunmağa çalışdığı üçün İranın dəstəyi Həmas üçün xüsusilə vacib olacaq. Ötən il oktyabrın 7-də başlayan müharibə HƏMAS-ın infrastrukturuna və döyüş imkanlarına ciddi ziyan vurub. Bu hadisələr fonunda lider postuna ən çox ehtimal olunan namizəd qruplaşmanın Qəzza zolağındakı müavini Xəlil əl-Həyyadır.
Keçmişdə Haniyə ilə yaxın olan Hayanın İranla yaxşı münasibətləri var və Əsədlə münasibətləri bərpa etmək üçün 2022-ci ildə Dəməşqə HƏMAS nümayəndə heyətinə rəhbərlik edib. Haya həmçinin təşkilatın atəşkəs və girovların azad edilməsi üzrə danışıqlar qrupuna rəhbərlik edib.
Haniyənin ölümündən sonra Qətərdə çıxış edən Haya HƏMAS rəhbərliyinin vahid qaldığını deyib: “Bizim iradəmiz güclüdür və bir, iki və ya üç liderin şəhid olması ilə qırıla bilməz. İnşallah, bir neçə gün ərzində yeni rəhbərin seçilməsi ilə bağlı məsləhətləşmələrimizi yekunlaşdıracağıq”.
Fələstinli siyasi analitik Hani əl-Masri qeyd edib ki, daha az fövqəladə vaxtlarda qrupun Qəzza lideri Yəhya Sinvar aşkar namizəd olardı. Bununla belə, 7 oktyabr hücumunun təşkilatçısı olduğu güman edilən Sinvar Qəzza tunellərindən HƏMAS-ın müharibəsini idarə etməyə davam edir.
Hayanın mövqeyi İran tərəfindən də dəstəklənən və Qəzza müharibəsi boyunca İsraillə müharibə aparan Livandakı şiə terror qruplaşması “Hizbullah” ilə əlaqələri ilə möhkəmlənir.
Davam edən döyüşlər və siyasi qeyri-sabitlik fonunda HƏMAS-ın yeni liderinin seçilməsi qrupun gələcəyini və regional müttəfiqləri ilə münasibətlərini müəyyən edəcək. İran və “Hizbullah” ilə güclü əlaqələri olan Haya bu rol üçün ən çox ehtimal olunan namizəd kimi görünür.