IMG-LOGO

İran İsraildən qisas gününü təxirə saldı: Yeni tarix AÇIQLANDI

04.08.2024 15:48 69 baxış
IMG

Tehran yəhudi xalqının matəm günündə İsraildən qisas almaq istəyir.

İran avqustun 12 və 13-də yəhudi xalqının matəm günü olan Tişa-Beavda İsraili vurmaq niyyətindədir. 

Lent.az bildirir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Nəşr Qərb kəşfiyyat mənbələrinə istinadən yazır ki, onlar İranın bu ilin avqustun 12 və 13-nə təsadüf edən Tişa-Beav günü İsrailə hücum planlaşdırdığına dair sübutlara malikdirlər. İranın hücumu HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq həyata keçiriləcək.

Həmçinin bildirilir ki, İran hücumunun Livanda İranın dəstəklədiyi “Hizbullah” terror qruplaşması ilə koordinasiya edilməsi ehtimalı var.

Qeyd olunur ki, müqəddəs matəm günündə İsrailə hücum israillilərə emosional və psixoloji təsir göstərə bilər.

Tişa-Beav Avropa təqvimində ən kədərli günlərdən biridir. Bu, Qüdsün Birinci və İkinci Məbədlərinin dağıdılmasının xatirəsinə həsr olunmuş milli matəm günüdür.

Bundan əvvəl İranda “maraqlı və qeyri-adi hadisələr” elan edilmişdi. Dünya mediası bunu İsrailə hücumun “anonsu” kimi qəbul edib.

Xəbər lenti