ABŞ rəsmiləri Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə hücumun arxasında İsrailin olduğunu özəl olaraq etiraf edirlər.
Lent.az xəbər verir ki, bu barədə Amerikanın “Washington Post” qəzeti yazıb.
“İsrail məsuliyyəti öz üzərinə götürməyib, lakin ABŞ rəsmiləri özəl olaraq İsrailin bunun arxasında olduğunu etiraf edirlər” nəşrin yazısında qeyd olunub.
Eyni zamanda qəzet qeyd edir ki, Vaşinqton əməliyyatla bağlı əvvəlcədən məlumatlandırılmayıb və bunda heç bir rol oynamayıb.
“Washington Post”un fikrincə, Yaxın Şərqdə vəziyyətin pisləşməsi regionu “tammiqyaslı münaqişəyə” yaxınlaşdırır.