Türk Hava Yolları İsraillə İran arasındakı gərginliyə görə bu gecə İrana planlaşdırılan uçuşları ləğv etdiyini açıqlayıb.
APA xəbər verir ki, açıqlamada uçuşların sabah gündüz saatlarında həyata keçiriləcəyi bildirilir.
Bundan başqa Pegasus Hava Yolları da bu gecə İran, İraq və İordaniyaya planlaşdırılan uçuşların vaxtını dəyişib.
Məlumata görə, İsrail və İran arasında yaşanan gərginliyə görə, bu gecə İran, İraq və İordaniyaya həyata keçirilməsi planlaşdırılan uçuşların saatları sabah gündüz saatlarına keçirilib.
Qeyd edək ki, İranda dövlət televiziyası vasitəsilə bir neçə saatdan sonra bütün dünyanın görəcəyi maraqlı hadisələrin olacağı anons olunub.