HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyənin nəşi dəfn olunması üçün Qətərin paytaxtı Doha şəhərinə gətirilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, dəfndə bir sıra ölkələrin rəsmiləri, o cümlədən İran prezidenti Məsud Pezeşkian da iştirak edəcək.
Qeyd edək ki, iki gün əvvəl İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gələn Haniyə oteldə öldürülüb. Onun ölümü ilə bağlı bir sıra iddialar səsləndirilib. Versiyalardan birinə əsasən, Haniyə İsrail qüvvələrinin raket zərbələri nəticəsində qətlə yetirilib. Başqa bir versiyaya görə isə İsmayıl Haniyənin qaldığı otel otağında əvvəlcədən partlayıcı quraşdırılıb və kənardan partladılıb.