IMG-LOGO

Azərbaycanda 74 nəfər zəhərləndi, ölənlər var

02 Aug 2024 09:17 209 baxış
IMG

2024-cü il iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 74 nəfər qəbul edilib.

KTMT-dən Lent.az-a verilən məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 32 nəfər dərmandan, 22-si sirkə turşusundan, 2-si kimyəvi maddələrdən, 2-si fosfor üzvi birləşmələrdən, 1 nəfər qidadan zəhərlənən şəxslərdir.

Həmçinin 7 nəfər allergik reaksiya, 6 nəfər ilan sancması, 2 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (4 nəfər kişi cinsli, 1 nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb. 

Mənbə: lent.az

Xəbər lenti