IMG-LOGO

İngiltərə klubunun keçmiş baş məşqçisi xərçəngdən öldü

02 Aug 2024 09:58 143 baxış
IMG

"Lester"in keçmiş baş məşqçisi Kreyq Şekspir 60 yaşında vəfat edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssis ötən gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib. Məlumata görə, baş məşqçiyə keçən il xərçəng diaqnozu qoyulub.

O, 2016-cı ildə “Leyçester”in Premyer Liqa çempionluğu mövsümündə Klaudio Ranyerinin köməkçisi olub.

Şekspir, Ranyerinin gedişindən sonra növbəti mövsüm kluba rəhbərlik edib və Çempionlar Liqasının 1/4 finalına çıxmaq üçün onların “Sevilla” üzərindəki məşhur qələbəsinə kömək edib.

Onun klubda baş məşqçiliyi bir mövsümdən az çəkib. Həmçinin “Hall”, “Uatford”, “Aston Villa”, “Norviç” və “Everton” klublarında da məqşçi vəzifəsini daşıyıb. Şekspir həmçinin İngiltərə yığmasının baş məşqçisi Sem Ellardaysın köməkçisi olub.

Mənbə: lent.az

Xəbər lenti