IMG-LOGO

Sankt-Peterburqda meymunçiçəyinə bir gündə üçüncü yoluxma aşkarlanıb

28 Nov 2026 00:47 14 baxış
IMG

Rusiyanın Sankt-Peterburq şəhərində meymunçiçəyinə gün ərzində üçüncü yoluxma aşkarlanıb. Xəstə şəhər xəstəxanasına aparılıb.

"Report"un məlumatına görə, bu barədə "İzvestiya"ya mənbə bildirib.

Məlumat daha sonra "Rospotrebnadzor"un şəhər və Leninqrad vilayəti üzrə Regionlararası İdarəsi tərəfindən təsdiqlənib.

Həkimlər xəstənin vəziyyətini orta ağır qiymətləndirirlər.

"İzvestiya" daha əvvəl şəhərdə infeksiyaya iki yoluxmanın təsdiqləndiyini bildirib. "Rospotrebnadzor" yeni halların aşkarlanmasından sonra epidemioloji araşdırmaya başlayıb.

Mənbə: report.az

Xəbər lenti