IMG-LOGO

"Sabah"la oyunda zədələnən Alexandro Balde uzun müddət yaşıl meydanlardan kənarda qala bilər

26 Nov 2026 16:32 8 baxış
IMG

İspaniyanın "Barselona" klubunun futbolçusu Alexandro Balde uzun müddət yaşıl meydanlardan kənarda qala bilər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Bakıda "Sabah"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının oyununda xəsarət alan 23 yaşlı cinah müdafiəçisinin zədəsinin ciddi olma ehtimalı var.

Kataloniya təmsilçisinin yetirməsi bir neçə həftə oynamaya bilər. İlkin əlamətlər oyunçunun ayaq biləyinin burxulması ehtimalını göstərir. Tibbi müayinə nəticəsində 2-ci dərəcəli zədə təsdiqlənərsə, futbolçunu uzunmüddətli bərpa dövrü gözləyə bilər.

A.Balde cari mövsüm bütün turnirlərdə cəmi altı oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, "Sabah" Liqa mərhələsinin V turunun oyununda "Barselona"ya 1:4 hesabı ilə uduzub.

Mənbə: report.az

Xəbər lenti