IMG-LOGO

Azərbaycanın ixrac etdiyi neft məhsullarının həcmi 50 %-dən çox artıb

26 Nov 2026 15:53 8 baxış
IMG

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 896 min 583,57 ton həcmində neft məhsulları ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 661 milyon 180,72 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 52,5 %, dəyəri isə 2 dəfə artıb.

Xatırladaq ki, hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 189 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,7 % çoxdur. Xarici ticarət dövriyyəsinin 27 milyard 921 milyon ABŞ dolları ixracın, 15 milyard 268 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 29,05 % artıb, idxal isə 20,6 % azalıb.

Mənbə: report.az

Xəbər lenti