IMG-LOGO

UKMTO: BƏƏ sahillərində tanker vurulub

26 Nov 2026 16:49 8 baxış
IMG

Dubaydan (BƏƏ) 50 dəniz mili qərbdə tanker naməlum mərmi ilə vurulub.

"Report" xəbər verir ki, bu barədə UKMTO-nun məlumatında bildirilib.

"Tankerin kapitanı gəminin bilavasitə yaxınlığında naməlum mərminin səbəb olduğu partlayış barədə məlumat verib. Heyətin təhlükəsizliyi təmin olunub, tankerin zədələnməsi və ya ətraf mühitə təsir qeydə alınmayıb", - məlumatda qeyd olunub.

Gəmilərə marşrutu keçərkən ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə məlumat vermək tövsiyə olunur.

Yerli hakimiyyət orqanları araşdırma aparır.

Mənbə: report.az

Xəbər lenti