Hörmüz boğazında, Omanın Xasab limanı yaxınlığında iki neft tankeri dəniz minalarına düşərək partladıqdan sonra yanıb.
"Report" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti "Telegram"da məlumat yayıb.
Hər iki gəminin naviqasiya sistemləri söndürülmüş vəziyyətdə razılaşdırılmamış marşrutla hərəkət etdiyi iddia olunur.
SEPAH-ın məlumatına görə, bu gəmilərdən biri 2 milyon bareldən çox neft daşıyan supertankerdir. Hazırda həmin gəmidə yanğın davam edir.
Mənbə: report.az