IMG-LOGO

Dubay yaxınlığında tankerin ətrafında naməlum mərminin partlaması qeydə alınıb

26 Nov 2026 04:28 7 baxış
IMG

öyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri yaxınlığında, Fars körfəzində gəmi ilə bağlı insident barədə məlumat yayıb.

"Report" xəbər verir ki, bu barədə UKMTO-nun "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Qeyd olunub ki, Dubaydan 50 dəniz mili (təxminən 92,6 km) qərbdə baş verən hadisə zamanı tankerin kapitanı gəminin yaxınlığında naməlum mərminin partlaması barədə məlumat verib.

Bildirilib ki, ekipaj üzvləri təhlükəsizdir, tankerin özünə və ətraf mühitə hər hansı zərər dəyməyib.

Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Mənbə: report.az

Xəbər lenti