IMG-LOGO

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

01 May 2026 18:17 4 baxış
IMG

Komidə (Rusiya) özəl "Mi-8T" helikopterinin sərt enişi nəticəsində 10 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"Mi-8 helikopterinin sərt enişi zamanı xəsarət alanların sayı artaraq 10-a çatıb", - nazirlikdən qeyd edilib.

Helikopter havaya qalxarkən yana aşıb. Göyərtədə 24 nəfər olub. Helikopter işçiləri Nen Muxtar Dairəsinə çatdırmalı idi.

Hadisə yerində Usinsk yanğın-xilasetmə qarnizonunun bölmələri işləyir. İnsidentin səbəbləri müəyyənləşdirilir.

Xəbər lenti